Qərb ekspertlərinin bir çoxu hələ də Türkiyənin onlarla oyun oynadığını düşünür
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə ilə NATO arasında gərginliyə səbəb olan S-400 raketlərinin alınması ilə əlaqədar Rusiya ilə razılaşmanın imzalandığını bildirib.
Prezident Ərdoğan, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf partiyasının qrup iclasında çıxışı zamanı deyib ki, "İnşallah, S-400 raketlərini ölkəmizdə görəcəyik".
Ərdoğan konkret hansı sənədlərin imzalandığını deməyib.
Rusiya mətbuatının yazdığına görə, bundan daha öncə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də Türkiyəyə S-400 zenit-raket komplekslərinin satışı üzrə müqavilələrin razılaşdırıldığını bəyan etmişdi.
İyun ayının əvvələrində isə “Rostex” dövlət korporasiyasının beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov tərəflərin S-400 raketlərinin quraşdırılması ilə bağlı razılıq əldə olunduğunu, lakin maliyyə məsələsinin hələ həll olunmadığını bildirib.
Bu günlərdə “Rosoboroneksport”un nümayəndələri müqavilənin imzalanma ehtimalının olduqca qüvvətli olduğunu söyləyiblər. “Biz səylərimizi davam etdiririk. Müqavilə artıq razılaşdırılıb”,- MAKS-2017 aviasalonunda şirkətin rəhbəri Aleksandr Mixeyev jurnalistlərə söyləyib.
Rusiya mətbuatı Moskvanın Türkiyəyə 4 zenit-raket kompleksi divizionunu tədarük etməyə hazır olduğunu yazır. Hər bir divizionun hərəsində 8 hərbi maşın olmaqla qiyməti 500 milyon dollar dəyərində ölçülür. Lakin Bloomberg müqavilənin ümumi dəyərinin 2,5 milyard dollar civarında olduğunu xəbər verir.
Bu vaxta qədər S-400 raketlərini alan yeganə ölkənin Çin olduğu bilinir. Çin ümumiyyətlə 48 raket olmaqla 3 alaylıq raket dəsti almaq niyyətindədir.
Əgər Moskva və Ankara arasında razılıq əldə olunsa Türkiyə S-400 alan ilk NATO ölkəsinə çevriləcək.
Hərbi ekspertlər Rusiya raketlərini Türkiyə üçün vacib olduğunu qeyd edirlər. Çünki bölgədə Türkiyənin rəqibi sayıla biləcək İran və Suriya kimi dövlətlərin əlində artıq uzaqmənzilli və operativ-taktiki raketlər var. Türkiyənin yerli hava hücumundan müdafiə sisteminin isə qənaətbəxş olmadığı bilinməkdədir.
Hazırda Türkiyə hərbi-hava qüvvələrinin təchizatında ABŞ istehsalı MİM-14 və MİM-23 orta mənzilli zenit-raket kompleksi, habelə Böyük Britaniyanın yaxın məsafəli Rapier sistemləri mövcuddur.
Rapier (Böyük Britaniya)
Bu sistemlər hələ keçən əsrin 50-60-cı illərində qurulub və olduqca köhnəlib. Bu səbəbdən Ankaranın hərbi arsenalını ən yeni raket sistemləri ilə təchiz etmək istəyində təəccüblü bir şey olmamalıdır.
Türkiyə öz zenit-raket sistemlərini təkmilləşdirmək barədə niyyətini 2009-cu ildə bəyan edib.
Həmin vaxt dövlət T-LORAMID (Turkish long range air and missile defence system- “Türkiyə uzaq məsafəli hava hücumu və raket hücumundan müdafiə sistemi”-red.) adlı proqramının hazrlandığını bildirərək 3,4 milyard dollar dəyərində ölçüləcək tender elan etdi. Tenderin iştirakçıları arasında ABŞ-ın Pac-3 Patriot (Raytheon və Lockheed Martin şirkətinin birgə istehsalı), Avropanın Aster 30 raketləri ilə SAMP/T, Rusiyanın ZRK S-300 (“Antey-2500” raketləri), habelə Çinin HQ-9 sistemləri iştirak edirdilər.
Təkliflərlə bağlı qısa siyahı hazırlandı və birinci yerə Çin, ikinci yerə isə ABŞ sistemləri çıxdı. Rusiya şirkətinin xidmətlərindən isə imtina edildi.
Lakin bu tender ABŞ və NATO-nun şiddətli reaksiyasına səbəb oldu və nəticədə Türkiyə Çindən raket almaq niyyətindən vaz keçdi.
HQ-9 (Çin)
Hərbi saytların verdiyi məlumata görə, İrana da raket satmaqda şübhə edilən Çin şirkətinin tenderdə qalib gəlməsi ABŞ-ı Ankaraya qarşı ciddi təzyiq göstərməsinə səbəb olub.
S-400-lərlə bağlı son danışıqlarda böyük addım qət edilməsinə rəğmən ruslar belə sazişin son anadək baş tutacağına inana blmirlər. Moskvada yerləşən “Strategiyalar və texnologiyaların analiz mərkəzi”nin eksperti Konstantin Makiyenkonun Bloomberg agentliyinə bildirdiyinə görə, S-400-lərin qurulmasına başlanana və ilk “beh” verilənə qədər nəyəsə əmin olmaq mümkün deyil.
“Kommersant” yazır ki, S-400-lərin Türkiyəyə gətirilməsi ilə bağlı Rusiya tərəfində də tərəddüdlər var. “Burada Rusiya xüsusi xidmət orqanlarının belə bir ciddi sistemin NATO üzvü oaln bir ölkəyə verilməsi ilə bağlı istəksizliyi gözə çarpır”, - qəzet yazır.
NATO isə hələ ki gözləmə mövqeyini tutub. Doğrudur, bununla bağlı narahatlıq dolu açıqlamalar gəlməkdədir. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford öz narahatlığını artıq dilə gətirib.
Robert Danford
ABŞ müdafiə naziri Ceyms Mettis isə S-400 sistemrlərinin Türkiyə tərəfindən alınmasının risk daşıyacağını, çünki bu kompleksin NATO sistemi ilə uyğunlaşmadını vurğulayıb.
Bəzi qərb ekspertlərinin fikrincə, Türkiyənin S-400 həmləsi NATO və Avropa Birliy ilə daha əlverişlli şərtlərdə müzakirə aparmaq, həmçinin öz geopolitik və geostrateji əhəmiyyətini nümayiş etdirmək üçündür.
Sonda onu qeyd emtək olar ki, S-400 “Triumf” ZRK-sı (NATO sistemində SA-21 Growler adlanır) uzaq məsafəli raket sistemidir. Bu sistem 2000-ci ilərdə “Almaz” elmi-istehsalat birliyində işlənib hazırlanıb və 2007-ci ildə Rusiya hərbi arsenalına daxil edilib.
Bu raketlər uzaq məsafədən aviasiyanı, qanadlı və ballistik raketləri, habelə orta radiusda yerüstü obyektləri məhv etməyə imkan verir.
Rusiya hərbi ekspertləri bu raketlərin dünayada analoqu olmadığını iddia edirlər. Hazırda S-400-lər Suriyanın “Hmeymim” hərbi bazasının müdafiəsini təmin edir.
MilliYol.Az
Digər xəbərlər
loading...