Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov müdafiə çıxışında müvəkkilinin günahı olmadığını bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Məhkəmə prosesi avqustun 2-də davam edəcək.
Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də 3 min 993 manat pul verib.
S.Nəbiyev isə vəsaiti mənimsəyərək aldığı pulu Camalova qaytarmayıb.
S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.
Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...