ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiy, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.
Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə (Senatın təsdiqindən sonra), Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.
Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.
Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.
Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...