Ermənistanda ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı tədricən azalır
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, əgər keçən il ali məktəblərə 17. 649 abituriyent qəbul olubsa, bu il bu rəqəm 8. 266 olub.
Nəticədə dövlət ali məktəblərində hələ də 11 min 375 vakant yer qalıb.
Ermənistanda bir çox ixtisaslar sıradan çıxmaq ərəfəsindədir, çünki həmin ixtisaslara abituriyentlər sənəd vermir. Məsələn, İrəvan Dövlət Universitetində kimya ixtisasına cəmi 2, fizika ixtisasına isə 3 abituriyent qəbul olub. Ümumilikdə, İrəvan Dövlət Universitetində 58 ixtisasdan 38-i üzrə 903 yer boş qalıb.
Qəzet yazır ki, abituriyentlərin sayının azalması təsadüfi deyil, bu, ildən-ilə Ermənistandan xaricə miqrasiyanın artması ilə bağlıdır. Bu da son nəticədə təhsil sistemini iflic duruma salır.
MilliYol.Az
Digər xəbərlər
loading...