S-400 sistemlərinin alınması ilə bağlı
MilliYol.AZ «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Türkiyə Sümhuriyyətinin Prezidenti R.T.Ərdoğan Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri (ZRK) almaq niyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) narahatlığını şərh edib.
«Onları narahat edən nədir? Hər bir dövlət özünün təhlükəsizliyini təmin etmək istiqamətində müəyyən tədbirlər görmək hüququna malikdir. Digər silahların istifadəsi məsələsində onlar narahatlıq nümayiş etdirmirlər, amma S-400 sistemləri ilə bağlı nümayiş etdirirlər» – deyə, Prezident Fars körfəzi ölkələinə səfərdən qayıdarkən, Ankara aeroportunda danışıb.
Ərdoğanın sözlərinə görə, «məyusluq üçün səbəb ola bilməz». Türkiyə lideri həm də təsdiqləyib ki, «danışıqlar praktiki olaraq, başa çatıb».
Bundan əvvəl ABŞ Silahlı qüvvələri qərargah rəisləri Komitəsinin sədri Cozef Danford xəbər vermişdi ki, Vaşinqton Ankaranın Moskvadan S-400 sistemləri almasından həyacan keçirərdi. ABŞ generalının bəyanatı Aspen şəhərində (Kolorado ştatı) keçirilən təhlükəsizlik üzrə konfransda səslənmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...