Mətbuat onu bu addıma müxtəlif səbəblərin sövq etdiyini yazır
ABŞ dövlət katibi Reks Tillerson istefa verir.
MilliYol.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı sensasion məlumat yayıb.
Ekspertlər Tillersonun gedişinin xüsusilə tətbiq olunan sanksiyalardan sonra ABŞ-Rusiya münasibətlərində daha böyük gərginliklərə yol aça biləcəyini qeyd edirlər.
CNN-in verdiyi informasiyaya görə, Reks Tillerson prezident Donald Trampın ölkənin baş prokuroru Cozef Seşns haqqında sərf etdiyi sözləri qeyri-peşəkarcasına hesab edib.
Xatırladaq ki, Tramp Ceff Seşnsi təyin etdiyinə peşman olduğunu dilə gətirmişdi. Bundan başqa, Trampın onun yerinə Nyu-York şəhərinin keçmiş meri Rudolf Culianini gətirmək istədiyi xəbərləri çıxıb.
Mətbuatın yazdığına əsasən, Tillerson və Seşnsi dost və ya həmfikir adlandırmaq çətindir. Onlar ayrı-ayrı siyasi üslubda olan insanlardır. İllər boyu ABŞ-ın nəhəng enerji şirkətinə rəhbərlik etmiş Tillerson üçün prezidentin öz əməkdaşlarına olan iş münasibətinin olduqca önəmli olduğu vurğulanır.
Tillersonun bir çox məsələlərdə Ağ Evin rəhbəri ilə fikir ayrılığına düşdüyü gələn xəbərlər arasındadır. Dövlət katibinin kabinetdə həmişə öz mövqeyində israr etməsi onun bilinən cəhətlərindəndir. Bu isə tabeçiliyində olan şəxslərdən sözsüz itaət tələb edən Tramp üçün arzuedilməz fakt hesab olunur.
Tillersonun gedişi Donald Trampın xarici siyasi kursuna da ağır zərbə vura bilər. Reks Tillerson Rusiyada olduqca böyük hörmətə malikdir və hətta Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilmiş şəxsdir.
Dövlət katibi həmişə ABŞ-ın Rusiya ilə uzlaşa biləcəkləri bütün məsələlərdə münasibətlərini qura biləcəyini dilə gətirib. Onun fikrincə, iki ölkə arasında razılaşmalı sahələrin sayı fikir ayrılıqlarına səbəb olanlardan daha çoxdur.
Lakin Reks Tillerson da Rusiyaya qarşı sanksiya siyasətini dəyişdirə bilməyib. “ABŞ-ın Rusiyaya qarşı sanksiyalar bunu doğuran səbəblər aradan qaxlanadək davam edəcək”, - dövlət katibi Ukrayna prezidenti Pyotr Poroşenko ilə jurnalistlər qarşısında keçirdiyi brifinqdə vurğulayıb.
Tilleronun istefa verməsi halında onu bu addıma gətirib çıxaran səbəblər arasında ABŞ Maliyyə Nazirliyinin ExxonMobil şrikətinə qarşı tətbiq etdiyi cərimənin də rol oynaya biləcəyi danışılır. Xatırladaq ki, Maliyyə Nazirliyinin Xarici akitvlər üzərində nəzarət idarəsi şirkətin 2014-cü ildə Rusiyaya qarşı sanksiyalara rəğmən “Rosneft” şirkəti ilə 8 müqavlə bağlamasını yolverilməz hesab edərək onun üzərinə 2 milyon dollarlıq cərimə qoymuşdu.
Həmin vaxtda isə Exxon Mibil-in prezidenti Tillersonun özü olub.
Nəhayət, dövlət katibini öz işində effektiv şəkildə çalışması üçün əlində səriştəli kadrlarının çatışmamasının da onu bezdirən səbəblərdən biri olaraq göstərilir.
Belə ki, Tramp hakimiyyətə gəldikdən sonra Dövlət Departamentindən bir çox qiymətli kadr vəzifəsindən gedib. Onların yerinə isə yeni məmurların təyin olunması gözlənilmir.
Bundan başqa, Ağ Ev Dövlət Departamentinin büdcəsini ciddi ölçüdə kiçiltməyi planlayır. Yeni büdcə layihəsi ABŞ-ın ən önəmli iki qurumdan (digəri Pentaqon hesab edilir-red.) birinin məxrəclərinin 10 milyard dollara qədər azaldılmasını nəzərdə tutur. İxtisarlar ən çox ABŞ-ın müxtəlif sahələrdə siyasətini həyata keçirən qurumlara, həmçinin BMT-nin xərclərinə, xarici ölkələrə edilən yardımlara şamil edilə bilər.
Beynəlxalq münasibətlərdə ABŞ-ın əlinin gücləndirilməsinin tərəfdarı sayılan Tillersonun yeni maliyyə siyasətindən narahat olduğu danışılanar arasındadır.
MilliYol.Az
Digər xəbərlər
loading...