Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb
MilliYol.Az Lent.az-a istinadən məlumatına görə, İstintaq Təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib.
Qərara görə, Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb.
Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının əvvəli 30 aprel 2016-cı ildən hesablanıb.
Xatırladaq ki, Vidadi Hüseynov 2016-cı ilin aprelin 30-da narkotik ittihamı ilə həbs edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...