Nazirlikdə yeni vəzifə verilib
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.Report-un əldə etdiyi məlumata görə, X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.
Məlumat Biləsuvar RİH tərəfindən təsdiqlənib.
Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş “Zamin Bank”ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılıb.
X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...