Bu ilin may ayında Türkiyə 3,727 mlrd. kubmetr təbii qaz idxal edib
MilliYol.AZ Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 mlrd. kubmetr qaz alıb.
Mayda idxal olunan qazın 3,266 mlrd. kubmetri boru xətləri, 461 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.
Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 mlrd. kubmetr, İrandan 722 mln. kubmetr, Azərbaycandan isə 595 mln. kubmetr qaz alıb.
Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 mlrd. 768,71 mln. kubmetrə çatıb.
Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 mln. kubmetr və ya 3,12% artırıb.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 3,435 mlrd. kubmetrə çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...