Türkiyədə Qarsda son 10 gündür ardıcıl baş verən quşların ölümləri səlahiyyətliləri hərəkətə keçirib
MilliYol.AZ “Marja”-ya istinadən xəbər verir ki, quş qripi şübhəsi ilə Mezra kəndi karantin altına alınıb.
Baş verən qaz və toyuq ölümləri vətəndaşları narahat edir. Kənd Təsərrüfatı və Heyvandarlıq Rayon İdarəsinin rəsmiləri xəstə quşlardan nümunələr götürərək laboratoriyaya göndəriblər.
Vətəndaşlar quşların quş qripindən öldüyünü iddia ediblər.
Vətəndaşlar bildirirlər ki, ən çox qazlar ölür. “Həkimlərdən soruşdum çarəsinin nə olduğunu deyə bilmədilər. Qazlar durduğu yerdə çırpınıb-çırpınıb ölürlər”,- kənd sakinlərindən biri deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...