Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini dünən elan edib.
MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri gəlməyib. 13 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə edib?
Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablamaq olar...
Beləliklə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 27962 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 118 min 480 manat vəsait əldə edib.
Xatırladaq ki, DİM bundan öncə - iyulun 14-də II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 1 milyon 361 min 680 manat vəsait əldə etmişdi.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir...
MilliYol.Az
Digər xəbərlər
loading...