Dünən Siyəzəndə tanınmış şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) qəfil ölümünün səbəbi müəyyənləşib
Axşam.az-ın məlumatına görə, Siyəzən rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, 1952-ci il təvəllüdlü Eyvaz Qurbanov tromboemboliya səbəbindən vəfat edib. Bildirilib ki, şairin damarlarında tromblaşma varmış. Dünən səhər saatlarında damar yolu ilə tromb onun ürəyinə gedib və ölümünə səbəb olub.
Qeyd edək ki, Yetim Eyvaz dünən yaşadığı Qəhər kəndində dəfn edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...