"İtaliyanın Ətraf Mühit Nazirliyi zəmanət verir ki, TAP layihəsinin tikintisinin ətraf mühitə heç bir neqativ təsiri olmayacaq"
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TAP-ın İtaliya üzrə meneceri Mikele Mario Elia ətraf mühit və iqlim məsələləri üzrə ekspertlərin iclasında bildirib.
Onun sözlərinə görə, TAP-ın tikintisi zamanı müasir texnologiyalar və standartlar istifadə olunur: "Bu texnologiya və standartlardan mövcud qaz kəmərləri şəbəkəsinin tikintisi zamanı da istifadə olunub".
Menecer əlavə edib ki, TAP konsorsiumu İtaliyanın Apuliya regionunda tikinti işlərinin aparılması üçün icazə alıb və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir.
Elia əlavə edib ki, TAP İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.
TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
MilliYol.Az
Digər xəbərlər
loading...