Şəbnəm Tovuzlu: “Famil məni heç vaxt atmayacaq, buna əmin olsunlar”
“İnşallah, yaxın müddətdə onun övladını dünyaya gətirməyi düşünürəm. Niyə də olmasın?”
“İnşallah, yaxın müddətdə onun övladını dünyaya gətirməyi düşünürəm. Niyə də olmasın?”
Mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda ilginc məlumatlar yayılıb.
Məlum olub ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb.
Mətbuatın əldə etdiyi bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.
Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb. Sonradan Əsədova Famil adlı şəxsə "ağıllandığı” barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.
Şəbnəm Əsədova "Şərq”ə açıqlamasında barəsində gəzən söz-söhbətlərə aydınlıq gətirib.
- Bu söz-söhbətlər artıq keçmiş söz-söhbətlərdi. Niyə yenidən bu məsələ mətbuatın dilinə düşüb, bilmirəm.
- Mətbuatda bu məsələnin yenidən gündəmə gəlməsində yenə həmkarlarının "əməyi” hiss olunur...
- Təbii. Mən hələ də başa düşə bilmirəm ki, niyə mənimlə düşmənçilik edirlər. Mənim heç kimlə işim yoxdu, heç kimə paxıllıq etmirəm. Məndən nə istəyirlər? Mən hamı ilə səmimiyəm. Əslində bunun bir açıqlaması var. Göz götürməmək! Bəzilərinin hələdə məni gözü götürmür, paxıllığımdan nəfəsləri kəsilir. Ona çox qarmaq atdılar... Amma nə olsun? Nə əldə etdilər?
- Söhbət Famildən, yəni bir yerdə yaşadığın insandan gedir?
- Bəli. Familə çox qarmaq atdılar. Amma o da Şəbişi buraxmır. Bunu həzm edə bilməyənlər var. Nə qədər çalışsalar da, mənim həyatımdakı insan məndən ayrılmadı, məni buraxmadı.
- Aranızda soyuqluq yaranmışdı?
- Hər bir insanın arasında bəzən belə inciklik olur. O vaxt bir az aramızı vurmuşdular. İndi şükür, hər şey əladı. Məni ondan ayırmağa gücləri çatmadı.
- Səni həqiqətən MTN-ə çağırmışdılar?
- Yox. Təbii ki, yox. Sadəcə, şayiə yaymaqla məni gözdən salmağa çalışdılar, onu da bacara bilmədilər.
- Bəs Nərimanov ərazisindəki evini necə əlindən alıblar?
- Təbii ki, yox. Sadəcə orda olan 3 otaqlı evi satıb, yerinə 5 otaqlı ev almışıq. Yəni evimizi böyütmüşük.
- Bəs bu söz-söhbətlər hardan doğur?
- Familin öz şəxsi biznesi ilə bağlı problemi yaranmışdı. Yəni başqa bir şirkətlə işbirliyi olub, hansısa şirkət onlardan ev alıb, pullarını qaytarmır. Və hansısa bir müğənni bunlardan ev alıb, aylıq pulunu vaxtı vaxtında ödəmir. Familin şəxsi biznesi var. Ondan ev alan müğənni evin pulunu ödəyə bilmir. Şəbnəmin evini heç kim əlindən almayıb. Sadəcə əvvəl Şəbnəmin 3 otaqlı evi var idi, indi 5 otaqlıdı.
- Familin həqiqətən Çovdarovla işbirliyi olub?
- İşbirliyi olub. Famil iş adımıdır, şəxsi biznesi var. Bir çox insanlarla biznes münasibəti qura bilər. Vaxtilə o insanla da işbirliyi olub. Burda nə var ki? Famil bir çox insanlarla biznes münasibəti qurur, əlaqəsi olur. Bu onun işidir. Sadəcə o vaxt bəzi müğənnilər mətbuata gecə ilə məlumat ötürmüşdülər ki, guya, biz Famillə dalaşandan sonra məni harasa aparıblar, bu yalandı. Bəli, aramızda anlaşılmazlıq, inciklik olmuşdu. Amma bu, qısa müddət oldu. Biz yenə bir yerdəyik. Pislik isə o insanların vicdanında qaldı.
- Şəbnəmin "Kadilak”ı (Kadilak markalı maşından söhbət gedir) gəldi?
- "Kadillak” gəlmədi. Yerinə Qalik gəldi! (Yəni "Qalinvagen” markalı maşın)
- Qorxmursan ki, bu açıqlamaların yenə şou əhlinin bəzi xanımlarını qıcıqlandıracaq? Famili əlindən almağa çalışanlar çıxacaq.
- Yox, qorxmuram. Çünki buna gücləri çatmaz. Famil Şəbişi heç vaxt atmaz. Ona görə də özlərinə əziyyət verməsinlər. Bundan əvvəl də çalışdılar. Famil tərəfindən də kənara çağrılıb cavabları verildi, susduruldular. Mənə ləkə yaxmağa çalışanların Famil cavabını verə bilib. Susdurmağı da bacarıb.
- Kim olduqlarını bilirsən?
- Bilirəm. Ad çəkməyəcəm. Bu, onlar üçün şərəf olar. Amma Famil məni heç vaxt atan deyil. Buna əmin olsunlar.
- Vətəndaş nikahında yaşadığın həmin insandan övlad dünyaya gətirməyi necə, planlaşdırmırsız?
- İnşallah, Famildən uşaq dünyaya gətirəcəm. Belə bir arzumuz, niyyətimiz var. İnşallah, yaxın müddətdə onun övladını dünyaya gətirməyi düşünürəm. Niyə də olmasın? Biz biri-birimizi sevirik. Hər bir qadın sevdiyi insandan dünyaya uşaq gətirmək istəyir. Mən Famillə xoşbəxtəm.
Bir qadın kimi də həqiqətən həyatımdan razıyam. Sizi əmin edirəm ki,bu yazı çıxandan sonra bir çox müğənnilər dərd çəkib, depressiyaya düşəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...