“Aramızı vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşünü şərh edən Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır: “Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...