Süni Zəka həqiqətən də insanlığın sonunu gətirə bilərmi? Məşhur ingilis astrofiziki Stefan Havkinq düşüncəsində nə qədər haqlıdır? Dünyanın sonunu o gətirəcək?
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, süni zəka anlayışı barədə son günlərdə çox danışılır. Amma bu texnalogiya əslində bizə heç də yeni deyil. Çünki 1950-ci ildə süni zəkanın qabaqcıllarından olan (və atası qəbul edilən) Alan Turinq, hazırda çox müzakirə edilən bir süni zəka testi təklif etmişdi. Test bir hakim vasitəsilə reallaşdırılır. Hakim yarışmacıları görə bilməyəcəyi bir nöqtədən onlara suallar verir. İki yarışmacı da suallara cavablar verir. Əgər bu testə "hakim" olaraq qatılanların müəyyən bir nisbəti (məsələn 30% -dən çoxu) insan ilə maşını bir-birindən ayırd edə bilməzsə, o aparat “kifayət qədər humanoid” qəbul edilir. Bu anda süni zəkaya aid Turinqin zamanından çox daha şey bildiyimiz üçün bu testi də yavaş-yavaş yeniləmənin yollarını axtarmağa başladıq. Buna baxmayaraq, Turinq Test hələ də ikonik test olaraq etibarlılığını qoruyur və bu testə söykənən süni zəka sınaqları davam edir.
Süni zəkanı hər nə qədər həmişə robot olaraq düşünürük. Evlərimizdəki bir çox elektron əşya süni zəka ilə təchiz edilmiş vəziyyətdədir. Sadədən mürəkkəbə doğru 5 süni zəka sistemini nümunə gətirəcəyik.
Məsələn, bir yeməyin hazırlanma qaydasını öyrəndiyimiz zaman “Google” və ya “Wikipedia” kimi vasitələrdən istifadə edərək nəticələr çıxara bilirik. Artıq süni zəka sayəsində hər hansı bir şeyi yazaraq zaman itirməyə ehtiyac yoxdur. Telefonunuzla danışın yetər.
Gələk “Google Nowa”... “Siri” qədər məşhur bir ad olmasa da xeyli iddialıdır. Məsələn, “Google Now”a "evə getmək istəyirəm" dediyinizdə, sizi ora istiqamətləndirir. Ancaq bu əməliyyat tamamlandıqdan sonra hər hansı başqa bir məlumat vermədən "Səncə nə qədər müddətdə ora çataram?" deyə soruşduğunuzda, "oradan” məqsədinizin nə olduğunu anlaya bilər. Bu qulağa çox sadə gəlir, ancaq maşınlar üçün müdhiş bir proqramdır.
MilliYol.Az
Digər xəbərlər
loading...