"Mənə əxlaqsız təkliflər edənlər çoxdu, pul da təklif edirlər. Evli olanlar belə məni istəyir, iş adamları yazır. Telefonum itsə, Türkiyədə yer-yerindən oynayar". MilliYol.Az xəbər verir ki, bu sözləri tanınmış model Cansu Taşkın deyib.
Tanınmış model bildirib ki, bir nəfər ona maşın hədiyyə etmək istəyib: "Məni ən çox təəccübləndirən təklif qapıma göndərilən son model, nömrə seriyası adamın baş hərfləri olan trilyonluq maşın avtobil olub. Təbii ki, geri göndərdim, qəbul etmədim. Evli bir iş adamı mənimlə bir axşam yeməyi üçün 200 min dollar təklif etdi".
"Sevgi ilə işi bir arada davam etdirə bilmirəm. Bu səbəbdən karyerama köklənmişəm. 3 ildir ciddi bir münasibətim yoxdur. İnam problemi yaşayıram. Bəkarət mənim üçün öqnəmlidir. Evlənmədən əsla olmaz. Bəzi şeylər həyatda bir dəfə yaşanmalıdır" deyə Cansu Taşkın bildirib.
Cansu Taşkın sosial mediada şəkillərini bəyənib, onunla görüşmək istəyən Kriştiano Ronaldodan da danışıb: "Ronaldo ilə görüşmürük, onsuz da həyatında biri var. Məni bir dəfə Madridə, bir dəfə də Londona dəvət etmişdi. Amma getmədim. Çünki bunun gələcəyi yoxdur. Bir dəfə görüşəcəyim adamla münasibətim olmaz. Davamlı olsaydı, gedərdim".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...