İki turizm şirkətinin verdiyi məlumata görə, ABŞ vətəndaşlarına Şimali Koreyaya səyahət etmək qadağan ediləcək
“Koryo Tour” və “Young Pioneer Tour” turizm şirkətləri bildirib ki, qərar iyulun 27-də elan ediləcək və 30 gün sonra qüvvəyə minəcək.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, onlara bu məlumat İsveç səfirliyi tərəfindən verilib. ABŞ-nin Pxenyanla diplomatik əlaqələri olmadığı üçün onun əvəzinə bu işləri İsveç səfirliyi yerinə yetirir.
ABŞ hələ xəbərin rəsmiliyini təsdiqləməyib. Lakin əlaqələrin daha da pisləşməsi və amerikalı tələbə Otto Uomberin ölümü bunun doğru olduğuna əsas verir.
BBC-yə müsahibə verən “Young Pioneer” şirkətinin nümayəndəsi qeyd edib ki, ABŞ vətəndaşlarına dərhal Şimali Koreyanı tərk etmək əmri verilib.
Amerikanın Şimali Koreyaya səyahət etməyi qadağan etməsi təklifi may ayında iki konqresmen tərəfindən irəli sürülüb. Məqsəd Şimali Koreyaya xarici valyutanın girməsinin qarşısını almaqdlr.
27 iyulda qanun layihəsi irəli sürüləcək, lakin daha sonra Senat da müzakirə dib təsdiq etməlidir. Ona görə də qadağanın icra orqanından verildiyi bildirilir.
Şimali Koreya Amerika vətəndaşlarının ölkəyə turist getmələri qaydalarını 2010-cu ildə asanlaşdırdı. Təxminən hər il 1000 nəfər turist gedə bilir. Dövlət departamenti Şimali Koreyay səfər edən amerikalı vətəndaşların hesabatını tutmur.
MilliYol.Az
Digər xəbərlər
loading...