Müğənni Murad Arif və Sevda Yahyayeva “Hər şey daxil” verilişinin qonağı olub
Axşam.az-ın məlumatına görə, M.Arif Sevdanın onun mahnılarını bəyənmədiyini deyib
Murad aparıcıların "Niyə Sevdaya gec-gec mahnı verirsən? Pulu az ödəyir" sualına belə cavab verib:
“Röya və Xəyyamın oxuduğu “Sənə ehtiyacım var”ı ilk Sevdaya göndərdim. Oxumadı, dedi, sözləri primitivdir. Pul kənarda qalsın, biz dostuq. “Bu şəhər ikimizə dar” mahnısı da ilk Sevdaya göndərildi. Adını çəkmədiyim bir neçə mahnını da ilk ona göndərmişəm. Hamısını bəyənməyib. Gedib başqası oxuyur, sonra peşman olur. Düşünürəm ki, Sevdaya mahnı bəyəndirmək üçüm ilk əvvəl başqasına oxutdurmalıyam. Nadir Qafarzadənin “Sən gecə dəlisisən” mahnısını da Sevdaya göndərmişdim, amma istəməmişdi. Məsələ odur ki, Sevda Muradın ifasını, səsini sevmir”.
S.Yahyayeva “Bütün yazdığı mahnını ilk mənə göndərib. Elə utanıram ki...” cavabını verib.
MilliYol.Az
Digər xəbərlər
loading...