Türkiyənin Hakkari, Şırnak, Diyarbəkir, Mardin, Ərzurum, Batman, Van ve Siirt bölgələrində Silahlı Qüvvələrin ötən bir həftə ərzində terrorçu PKK qruplaşmasına qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində 54 terrorçu zərərsizləşdirilib
“Report” xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İnformasiyaya əsasən, iyulun 13-20 tarixində keçirilən anititerror əməliyyatı nəticəsində terrorçu qruplaşmanın bir sıra aparıcı fiqurları da məhv edilib. Axtarış-əməliyyat tədbirləri zamanı çoxlu sayda silah-sursat, partlayıcı maddə və qurğu aşkarlanaraq götürülüb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK, YPG, PYD, İŞİD və FETÖ başda olmaqla bütün terrorçu qruplaşmalara qarşı mübarizə aparacaqlarını, ölkənin ərazi bütövlüyünü daha böyük əzmlə qoruyacaqlarını, bunun üçün bütün gücə sahib olduqlarını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...