Model Ebru Şallının yeni sevgi münasibətinə başladığı iş adamı Uğur Akkuşun evli, xanımının hamilə olması xəbəri mediada böyük səs-küy yaradıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Uğurun xanımı iki aylıq hamilə olduğunu deyəndən sonra Ebru aldadıldığın bilib:
"Evli olduğunu bilirdim, amma bunu sadəcə kağız üzərində bir evlilik hesab edirdim. Amma elə deyilmiş, aldadılmışam. Kim istəyər belə olsun? Heç bir qadın belə bir şey yaşamaq istəməz. Təsəvvür edilməyəcək qədər pisəm. Ailəm də kədərlidir. Hazırda anam yanımdadır, dayanmadan ağlayırıq. Atam xəstəxanada. Məni hər zaman pozitiv görmüsünüz, amma indi həqiqətən də yaxşı deyiləm... Bir insana inandım, güvəndim. Mən sevgi adamıyam, sevgi axtarıram. Tapdıq bir-birimizi. Onun da iki uşağı var, mənim də. Ona görə fikirləşdim ki, məni başa düşər... Mənim heç kimə qarşı pis niyyətim yox idi. İndiyə qədər heç kimə pislik etməmişəm, heç kimin münasibətinə zərər verməmişəm. Evyıxan deyiləm. Burada da belə bir vəziyyət var, inanın mənə".
Uğur Akkuşun xanımı Qonca Akkuş boşanma üçün müraicət etdikdən sonra isə yeni açıqlamalar verib:
"Uğurun var-dövləti hazırda məhkəmə qərarındadır, yəni pulundan istifadə edə bilməz. Evru Şallı ərimin pulunun olmadığını bilsə, üzünə də baxmaz. Heç bir şeyi sübut etmək məcburriyətində deyiləm. Ərimin şəxsi problemləri var. Boşanma davası deyil, xəyanət davası açmışam məhkəmədə. Həyat yoldaşım məndən uşaq istəyirdi, amma hamilə olduğumu hələ bimirdi. Çünki ehtimallar az idi. Daha əvvəl yeddi aylıq bir oğlan, altı aylıq bir qız uşağımız doğulmadan tələf oldu. Onlardan qalanı ərim özü torpağa basdırdı. Biz belə həssas bir evlilik yaşayırdıq. O, indi də doğulmayan uşaqlarımızın basdırıldığı yerə gedir. Bundan əvvəl verdiyimi açıqlamalara görə peşmanam. Belə gündəmə gəlmək istəməzdim. Hamilə olduğumu söylədiyim üçün peşmanam. Hadisədən sonra qəbul etdiyim dərmanlara görə hamiləliyi məcburən yarımçıq saxlamalı oldum. Abort qadağandır, amma mən məcbur qaldım. ".
MilliYol.Az
Digər xəbərlər
loading...