“Azərbaycanın istər Əl-Aqsa məscidinə, istər də Fələstinə münasibətdə siyasəti dəyişməz olaraq qalır”
APA-nın məlumatına görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.
Diplomat Azərbaycan hökumətinin Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırdığını və hazırda bir neçə layihəni dəstəklədiyini deyib. Fələstinli diplomat xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Azərbaycanın Fələstinə maddi yardımı məsələsinin də müzakirə olunduğunu söyləyib.
“Bizim çox məhsuldar görüşümüz olub. O, bir daha Azərbaycanın Qüdslə, Fələstinlə bağlı öhdəliyini təsdiq edib. Bu, Azərbaycanın dəyişməyən siyasətidir”, – deyə səfir bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...