Bu axşam Türkiyə və Yunanıstanda ardıcıl zəlzələlər qeydə alınıb. MilliYol.Az Kandil Rəsədxanasına istinadən xəbər verir ki, episenteri Egey dənizi olan ilk yer altı təkanın gücü 6,7 bal gücündə olub.
Türkiyə vaxtı ilə saat 01.31-dəki zəlzələdən sonra 51 yeraltı təkan qeydə alınıb. Təkanların gücü 2,7-4,8 bal gücü arasında dəyişib.
Kos adasında Defterdar İbrahim Efendi məscidinin minarəsi uçub. Adada çox sayda ev dağılıb. İnsanlar təşvişə düşüb. Zəlzələ nəticəsində 2 nəfər həlak olub. Türkiyə və Yunanıstanda 170-dən artıq insan yaralanıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...