Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. MilliYol.Az xəbər verir ki, turnirdəki Azərbaycan təmsilçilərindən meydana ən çıxan "Qəbələ" olub.
"Qırmızı-qaralar" evdə "sülh"ə (1:1) razılaşdığından səfərdə qələbə qazanmalı və ən pis halda 2:2 hesablı heç-heçə etməli idi. "Qəbələ" bu çətin vəzifənin öhdəsindən gələrək adını III təsnifat mərhələsinə yazdırıb - 2:0. Hesabı 18-ci dəqiqədə Ilqar Qurbanov açıb. 89-cu dəqiqədə isə Filip Ozobic fərqlənib.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
20 iyul
Yagelloniya (Polşa) - Qəbələ (Azərbaycan) 0:2
Qol: İlqar Qurbanov, 18. Filip Ozobiç, 89.
Yagelloniya: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika (28. Karol Sviderski, 76), 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya (44. Lukaş Sekulski, 84), 13. Pırjemislav Mistovski (26. Martin Pospisil, 34), 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib.
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç.
Baş məşqçi: İrenyus Mamrot.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey (4. Elvin Camalov, 77), 14. Cavid Hüseynov (k) (6. Elvin Məmmədov, 90+2), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone (11. Asif Məmmədov, 72).
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqlər: Gilyerme Sitya, 22 - Cavid Hüseynov, 83.
Hakimlər: Konstantin Sebastyan Koltesku, Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika, George Katalin Qaman (Rumıniya).
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika).
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro).
Belostok. Şəhər stadionu.
MilliYol.Az
Digər xəbərlər
loading...