Rusiya ilə münasibətləri düzəltmək istəyən Tramp administrasiyasından fərqli olaraq Avropada Rusiya liderinə qarşı ümumi qəzəb hökm sürür. Bunun da səbəbi aydındır
Uzaq Vaşinqtonla müqayisədə Avropa Rusiya ilə eyni qitədə və sərhəddə yerləşir. Bu səbəbdən qoca qitənin Rusiyaya qarşı qəzəb və qorxu kimi neqativ hisslər bəsləməsi tamamilə başa düşüləndir.
Ekspertlərdən biri zarafatla Rusiyanın hərəkətərini Puşkinin “Qızıl balıq haqqında nağıl”dakı qarıya bənzədib. Gürcüstan torpaqlarınn işğalı, Krımın ilhaqı, Ukrayanın şərqində törədilən hərəkətlər və nəhayət, ABŞ və Avropa ölkələrinə qarşı haker hücumları...
İndi “qarı” qızıl balıqdan bütün dünyanın hökmdarı olmağı arzulayır. Bunu isə heç kimə bağışlamırlar.
Картинки по запросу пушкин сказка о рыбаке и рыбке Putin
Britaniyanın “The Telegragh” qəzetinin yazarı Kon Koflinin yazdığı məqalə də bu tendensiyanı açıq surətdə göstərir.
Müəllif bütün dünyanın başının İŞİD-lə mübarizəyə qarışdığı bir vaxtda aparıcı Qərb dövlətlərinin daha böyük təhlükəni, yəni Putinin liderliyindəki Rusiyanı görməzliyə vurduğunu iddia edir:
“D.Trampın Rusiya ilə əlaqələri ilə bağlı mətbuatda gedən sabun operası Moskvanın Qərbin təhlükəsizliyinə yönəlik törətdiyi əsl təhdidlərdən yayındırır. Bu cür yayındırma cənab Putinə çox sərf edir və Kremlin bütün Avropa üzrə sabitsizlik toxumlarını səpməsinə şərait yaradır”.
Müəllif son günlərdə Moskvanın Ukraynada aranı yenidən qarşdırmaqla bağlı planlarına diqqət çəkərək bunun təsadüf olmadığını bildirir. Onun fikrincə, Rusiyanın tək məqsədi Ukraynanın Qərb demokratiyası ilə inteqrasiya proseslərinə, o cümlədən NATO-ya girişinə əngəl törətməkdir.
Koflin eyni mənzərnin Balkanlarda da müşahidə edildiyini yazaraq Monteneqronun NATO-ya girişini dayandırmaqdan ötrü Moskvanın ölkədə çevrililş etmək istədiyini və baş nazirə qarşı sui-qəsd təşkil etdiyini vurğulayıb.
Yazıda bu səbəblərdən dolayı Ukraynanın müdafiəsinin Qərbin əsas təhlükəsizlzik məsələsi olduğu qeyd edilib.
Bununla bağlı olaraq müəllif Böyük Britaniyanın müdafiə naziri Maykl Fellonun Ukrayna hərbçilərinin hazırlığı üzrə proqramı genişləndirdiyi barədə sözlərinə diqqət çəkib.
Koflin Rusiyaya qarşı mübarizədə rəsmi Londonun əlindəki imkanlarla mühüm rol oynadığını qeyd edir. Bununla əlaqədar minlərlə britaniyalı hərbçinin hazırda Rusiyanın durdurulması məqsədilə müxtəlif təlim və əməliyyatlarda iştirak etdiyi göstərilir:
“Artıq Böyük Britaniyanın hərbi hissələri Polşa və Estoniyada cəmləşdirilib. Bundan başqa, Birləşmiş Krallığın hərbi hava qüvvələrinə məxsus 4 ədəd “Tayfun” qırıcıları Rumıniyaya yerləşdirilib. Həmçinin hərbi-dəniz qüvvlərinə aid ultramüasir “Dunkan” freqatı NATO-nun Qara dənizdəki hərbi gücünün başını çəkir”.
Məqalədə ABŞ prezidentnin Rusiya ilə əlaqələri ilə bağlı hansı nəticəyə gəlinməsindən asıl olmayaraq rusiyalı hakerlərin qərb seçkilərinə müdaxilə etməsi ilə bağlı heç kimdə şübhə yaranmadığı qeyd olunub:
“Cənab Putin belə bir nəticə hasil edib ki, hərbi avantürizm aktlarından bir şey çıxmasa Avropa demokratiyasını çökdürməkdən ötrü kiberməkanda rahatlıqla öz məqsədinə nail ola bilər. Rusiyanın sentyabrda keçiriləcək seçkilər ərəfəsi Almaniya Bundestaqına qarşı həyata keçirdiyi haker hücumu buna sübut ola bilər”.
Bütün bunlardan irəli gələrək müəllif belə bir iddialı nəticəyə gəlir:
“Nə qədər ki, Putin prezident olaraq qalıb, Rusiya Avropanın uzunmüddətli sabitliynə İŞİD-ən daha betər təhlükə törədəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...