MilliYol.az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Belorus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bu gün Kiyevə rəsmi səfərə gələcək
Lukaşenkanın rəsmi səfərinin proqramına «təkbətək» formatda və geniş tərkibdə danışıqlar daxil olunub.
Belorus Prezidentinin mətbuat xidmətindən verilən xəbərə görə, dövlət başçılarının Kiyevlə Minsk arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edəcəyi gözlənilir.
Bir sıra sənədlərin imzalanacağı gözlənilir. Prezidentlər həm də Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsi məsələsinə də toxunacaqlar.
Lukaşenko dəfələrlə bəyan edib ki, Kiyevlə Minskin həmkarlığı strateji xarakterlidir. O, həm də qeyd edib ki, heç kim onun ölkəsini Ukraynaya qarşı müharibəyə cəlb edə bilməz.
MilliYol.Az
Digər xəbərlər
loading...