Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində qalmaqal baş verib.
MilliYol.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə adı çəkilən təhsil ocağından məlumat verilib. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib. Dünən baş verən hadisəni qızlardan biri öz valideyinlərinə danışıb. Nəticədə, həmin uşağın valideyini bu gün adıçəkilən məktəbdə direktor müavini işləyən Akif Səmədovu döyüb. Hal-hazırda Akif Səmədov xəstəxanaya yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi bildirilir.
Məktəbin direktoru isə Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır.
Valideyinlər onu da bildiriblər ki, ər-arvadın rəhbərlik etdiyi məktəb həm də ən çox rüşvət halları olan məktəblər kimi tanınır.
Hadisə ilə bağlı Binəqədi rayon polis idarəsində araşdırmalar aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...