Bu ilin ilk 6 ayında Penitensiar Xidmətin pozuntulara yol verən 132 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. 6 əməkdaş tutduğu vəzifədən azad edilib. 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub
“Report”un xəbərinə görə, bu barədə Penitensiar Xidmətdə 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, hesabat dövründə keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib.
Müşavirədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov çıxış edərək, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib.
MilliYol.Az
Digər xəbərlər
loading...