Nüfuzlu Respublikaçı Senator və sabiq prezidentliyə namizəd Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub. 80 yaşlı siyasi xadimə qoyulan diaqnoz haqda Mayo Klinikası və Arizonalı Respublikaçının ofisi xəbər yayıb
“Cümə günü 14 iyulda Senator Con Makkeynin sol gözü üzərindəki nayihədə qan laxtalanmasını çıxarmaq üçün əməliyyat keçirilib,” Mayo Klinikasınn bəyanatında deyilir. “Aparılan müayinə müəyyən edib ki, laxtalanma qlioblastoma kimi tanınan əsas beyin xərçəngi ilə əlaqədardır.”
Klinika bildirib ki, Senator və onun ailəsi hazırda növbəti müalicə addımlarını nəzərdən keçirir. Müalicə seçimləri sırasında kimyəvi terapiya və radiasiya var.
Makkeynin həkimləri onun əməliyyatdan “yaxşı” çıxdığını və fundamental sağlamlığının əla” olduğunu deyirlər.
ABŞ-ın qocaman senatoru Con Makkeyn ələlxüsus xarici və hərbi siyasət sahələrində önəmli rol oynayır.
Con Makkeyn hazırda Senatda Silahlı Qüvvələr Komitəsinin rəhbəridir.
MilliYol.Az
Digər xəbərlər
loading...