Jurnalistə ev verilməsi ilə bağlı Prezidentin sərəncamının icrasına başlanılıb. Rəsmən elan olunmayan məlumata görə, bu dəqiqələrdə jurnalistlərə evlərin paylanması və 3-cü binanın təməlqoyma mərasimi keçirilir
Mərasimdə Prezident İlham Əliyev iştirak edəcək.
Lakin maraqlıdır ki, Prezidentin icrasına başlanılan Sərəncamı cəmiyyətdən gizli saxlanılır. Siyahının dünən açıqlanacağı gözlənilirdi, lakin KİVDF rəhbərinin bu barədə vədi yerinə yetirilmədi. Bununla belə, adı siyahıda olan təxminən 120 jurnalistin adı məlum oldu. Digərlərinin kimliyi bu saatadək sirr olaraq qalır.
Bəs ev bölgüsü ətrafında bu gizlilik nəyə xidmət edir?
Ehtimala görə, siyahının yarısının açıqlanıb, yarısının açıqlanmaması o məqsədə xidmət edir ki, rəsmi mərasim keçirilmədən söz-söhbətlərin, etirazların qarşısı alınsın. Məsələ ondadır ki, adları məlum olan jurnalistlərin əksəriyyətinin ev almağa layiq olduqları heç kimdə şübhə doğurmur. Yəni siyahının “qaymaqlarının” adlarını açıqlayıblar. Lakin çox böyük ehtimalla, siyahının digər yarısı bərbaddır, ona görə adlar gizli saxlanılır.(azpolitika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...