Sevindik Hətəmovun Salyan rayonuna icra başçısı təyinatından 3 ay keçdi. Salyana ayaq basdığı gündən insanların qarşısına böyük vədlərlə çıxan yeni icra başçısı 3 aylıq fəaliyyəti ilə əslində sələfi Tahir Kərimovdan heç nəylə fərqlənmədiyini göstərdi. Salyanda yenə "köhnə hamam, köhnə tas" siyasəti davam etməkdədir.
Sevindik Hətəmovun Salyandakı 3 aylıq fəaliyyəti ilə bağlı Qaynarinfo.az-a bəzi məlumatlar daxil olub. Ondan başlayaq ki, prezident İlham Əliyev icra başçısı təyin edərkən ona ilk tapşırığı rayonun abadlaşdırılması ilə bağlı olur. Elə dövlət başçısı Sevindik Hətəmova da eyni tapşırığı verib. Məlum olduğu kimi, Tahir Kərimovun dövründə Salyanda heç iş görülməyib. Rayonun mərkəzi küçəsini abadlaşdırmaq və İcra Hakimiyyəti üçün yeni bina tikməklə kifayətlənən keçmiş başçının dövründə dövlət büdcəsindən ayrılan pullar havaya sovrulub.
Deyəsən, Sevindik Hətəmov prezidentin tapşırığını səhv başa düşüb. Belə olmasaydı, gələn kimi sahibkarlara qənim kəsilməzdi. Salyandakı mənbənin bildirdiyinə görə, başçı rayona gələn kimi bütün idarə-müəssisə rəhbərlərinin rəhbərlərindən və sahibkarlardan pul tələb etməyə başlayıb. Səbəb kimi isə rayonda görüləcək abadlıq işlərini göstərib. Guya bu pullar Salyanın abadlaşdırılmasına sərf olunacaq.
Qaynarinfo.az-a məlumat verən mənbə həmçinin bildirir ki, Sevindik Hətəmov gəldiyi gündən Tahir Kərimovun adamlarını hədəfə alıb. Onun ilk qurbanı Salyan Telekommunikasiya Qovşağının rəisi Faiq Nəcəfov olub. Bilindiyi kimi, bu şəxs keçmiş başçının "kassir"i hesab olunurdu. Tahir Kərimovun bütün işlərinə Faiq Nəcəfov nəzarət edir, biznesini idarə edirdi. Yeni başçısının Salyandakı ilk işi onu yola salmaq olub.
Başçı bununla kifayətlənmək niyyətinə deyil. Mənbə bildirir ki, hazırda onun hədəfinə daha iki vəzifəli şəxs var. Bunlardan biri Salyan Təhsil Şöbəsinin müdiri Əbülfət Bədəlov, digəri Hüseynağa Həsənovdur. Hər iki şəxs Tahir Kərimovun vaxtında vəzifəyə təyin olunub. Məlumat verən hər iki şəxs yaxın günlərdə vəzifəsini azad olunacaq.
Məlumatlı mənbə bildirir ki, Sevindik Hətəmovun öz kadrlarını İcra Hakimiyyətinə yerləşdirmək istəyi hələ ki, baş tutmur. Belə ki, icra başçısı yaxın adamını özünə müavin təyin etmək istəyib. Amma bu imkanı ona bu imkanı verməyiblər və köhnə müavinlərlə davam etməyi tapşırıblar.
Sevindik Hətəmovun hədəfindəki müavin isə Rəşad Cəbrayılov olub. Bu şəxs YAP-ın rayon təşkilatının sədri olmaqla yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumudur. Rayonda icra başçısından da böyük nüfuza sahib olan bu şəxsi Sevindik Hətəmov özü üçün böyük təhlükə hesab edir.
Sevindik Hətəmov bütün müavinləri işdən çıxarıdıb?
İcra Hakimiyyətinin rəsmi saytında axtarış apararkən maraqlı faktla qarşılaşdıq. Belə ki, rəsmi saytın "Aparatın strukturu" bölməsində "Salyan rayon icra hakimiyyəti başçısının müavinləri" bölməsi tamamilə boşaldılıb. Belə ki, hər 3 müavinin müavinin vəzifələri qeyd edilsə də, heç birinin adı yoxdur. Görünür Sevindik Hətəmov hələ müavinləri ilə bağlı qərar verə bilməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...