ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putin ilə bu ay keçirilmiş G20 sammiti zamanı bir deyil, iki dəfə görüşdüyü məlum olub
Rəsmi danışıqlardan sonra baş tutmuş görüş barədə əvvəldən heç bir məlumat verilməyib, Ağ Ev də onun detallarını açıqlamayıb.
Prezident Tramp "gizli nahar" barədə iddiaları "saxta xəbər" adlandırıb.
İki liderin qarşılıqlı münasibətləri Rusiya ilə Tramp kampaniyasının sövdələşməsi ittihamları fonunda intensiv nəzarət altındadır.
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya ötən il prezident seçkilərində cənab Trampa kömək edib. Rusiya bu iddiaların bəzilərini təkzib edib. Cənab Tramp isə hər hansı sövdələşməni rədd edib.
Media yazır ki, ikinci görüşdə cənab Trump tək olub və görüşdə cənab Putin və onun tərcüməçisi iştiak edib. Görüş bir saat davam edib.
Şam yeməyi zamanı cənab Trampın həyat yoldaşı Melania cənab Putinin yanında əyləşib.
Müzakirə mövzusu barədə Ağ Ev rəsmilərindəki məlumat yalnız cənab Trampın dediklərinə əsaslanır, çünki prezident köməkçiləri də görüşdə olmayıb.
Ağ Ev bu məlumatı mediada çıxan yazılardan sonra təsdiqləyib, lakin adı çəkilməyən rəsmi görüşü "ikinci görüş" kimi deyil, "qısa söhbət" kimi səciyyələndirib.
Danışıqlar barədə ilk məlumat ABŞ-da mənzillənən Eurasia Groupun prezidenti İan Bremmerin müştəriləri üçün hazırladığı bülletendə açıqlanıb. Onun sözlərinə görə, prezidentlər həm "təkbətək və qızğın" söhbət edib və ABŞ-lı tərcüməçinin olmaması şam yeməyində hamını təəccübləndirib.
Ağ Ev rəsmisi əlavə edib ki, hökumətin "ikinci görüşü gizlətmək" cəhdi barədə "iftiralar yalan, qərəzli və absurddur" (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...