İstanbulda ötən gecə saatlarından başlayan leysan yağış şəhərdə ciddi fəsadlar törədib
Türkiyə mətbuatı yazır ki, bir çox magistral yollarda nəqliyyatın hərəkəti dayanıb, bəzi metro stansiyalarını, yeraltı keçidləri, evlərin birinci mərtəbələrini, iş yerlərini su basıb, küçələr keçilməz hala düşüb. İstanbulun əsas nəqliyyat arteriyalarından biri olan Avrasiya tuneli bağlanıb.
Eyni zamanda hava şəraiti ilə bağlı təyyarələr bir müddət havada dövrə vurmağa məcbur olub. Yanacağı azalan təyyarələr digər aeroportlara yönəldilib.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan jurnalistlərə müsahibəsində ölüm hallarının qeydə alınmadığını, bəzi avtomobillərə ziyan dəydiyini bildirib. O, qeyd edib ki, bir kvadratmetrə bir saatda 250 kiloqram yağış yağması fövqəladə hadisədir. Meteoroloqlar isə yağışlı havanın davam edəcəyini bildiriblər. (azvision)
MilliYol.Az
Digər xəbərlər
loading...