Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusunda Fövqəladə Hallar Nazirliyinin(FHN) dörd işçisi zəhərlənib
Bunu Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib. O bildirib ki, həmin işçilərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.
“Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin bir əməkdaşı kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən qazdan boğularaq dünyasını dəyişib. Eyni zamanda mülki vətəndaş da ölüb. Yaralanan şəxslər üçün sanaviyasiya və Respublika Toksikologiya mərkəzindən həkim çağırılıb. Onlar müayinə ediləcək və vəziyyətləri imkan verəcəksə, Respublika Toksikologiya mərkəzinə köçürüləcəklər”.
N.Baxşəliyev yaralanan şəxslərin adlarını da açıqlayıb: “Yaralananlar Natiq Məmmədov, Zahir Bağırov, Namiq Əhmədov və Ayaz adlı şəxsdir. Dünyasını dəyişən FHN işçisinin adı isə Ruslan Məmmədovdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...