Almaniya Sığortaçılar İttifaqı G20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb
İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub.
Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.
Qeyd edək ki, iyulun 7-8-də Hamburqda keçirilən G20 sammiti əhali tərəfindən kəskin etirazlarla qarşılanmışdı.
Milliyol.Az
Digər xəbərlər
loading...