“Yəməndə və Suriyada həmfikir olmasaq da, böhrana son verə bilmək üçün birlikdə çalışa bilərik”
Avropa.info xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanına müraciətində deyib. Zərif Yəməndə gedən müharibənin İran və Səudiyyə Ərəbistanı arasında birbaşa toqquşmanı qızışdırmaması arzusunu bildirib.
Qərargahı Nyu-Yorkda yerləşən Xarici Əlaqələr Şurasında danışan Zərif Yaxın Şərqdə baş verən proseslərlə bağlı bu sözləri deyib:
“Bir-birimizlə müharibə aparmaq məcburiyyətində deyilik, savaşmağımıza ehtiyac yoxdur. Yaxın Şərqdə bir-birimizlə çəkişməyə ehtiyac yoxdur. Yəmən və Suriyada həmfikir olmasaq da, böhranlara son vermək üçün birlikdə işləyə bilərik”.
ABŞ prezidenti Donald Trampın tənqid etdiyi nüvə müqaviləsi ilə bağlı şikayətlənən Zərif İranın bu məsələdə ciddi olduğunu və üzərinə düşən məsuliyyəti yerinə yetirdiyini deyib. İranın nüvə proqramı ilə bağlı ziddiyyətli siqnallar aldığını deyən Zərif amerikalı həmkarı Reks Tillersonla məsələ ilə bağlı görüşmədiklərini, lakin hər zaman dialoqa hazır olduğunu bildirib.
Cavad Zərif CNN kanalına verdiyi müsahibədə İran ilə imzalanan nüvə müqaviləsinin icrası sahəsində ABŞ-ı üzərinə düşən məsuliyyəti yerinə yetirə bilməməkdə, Tramp hakimiyyətinin isə beynəlxalq nüvə müqaviləsini pozmaqda ittiham edib.
MilliYol.Az
Digər xəbərlər
loading...