PİA.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Böyük Britaniya sakini Uilyam Riçes Avropa İttifaqında (Aİ) qalmaq üçün Qlosterşiredəki öz evini «Müstəqil Respublika» elan edib. Xəbəri «BBC» kanalı yayıb
Keçmiş universitet müəllimi Din adlanan meşənin yaxınlığındakı ərazidə yaşayır. Buranın sakinlərinin böyük qismi ölkənin Aİ-dan çıxmasının lehinə səs verib. Elmlər doktoru olan bu şəxs öz evini «Middlvotç Müstəqil Respublikası», öz arvadını isə bu respublikanın prezidenti elan edib.
«Biz, demokratoiyanın əleyhinə getmək istəmirik, amma bizim kimilər – mövqeyinə tamamilə əhəmiyyət verilməyənlər üçün bircə variant qalır – müstəqillik. Britaniya Aİ-ı tərk edir, ancaq biz, bunu etməyəcəyik» – deyə, Riçes danışıb.
O, həm də xəbər verib ki, evinin mətbəxi rəsmi idarəetmə yeridir, Riçes «ev-dövlət»inin sərhədlərini keçmək arzusunda olanlara viza üçün 50 funt-sterlinq ödəməyi təklif edib.
MilliYol.Az
Digər xəbərlər
loading...