“Elə bilirsiniz ki, doğulandan yağ-bal içində yaşamışam? Yox... Bəzən yazırlar dünya sənə və sizə gözəldir..."
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov deyib.
O, sosial şəbəkədə ona bəxtəvərçilik verənlərə bunları deyib:
“Bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm. O avtobusdan düş qaç buna min, pul verməmək üçün arxada ayaqüstə get-gəl. Bütün sürücülər artıq məni tanıyırdı və maşına qoymurdular minim. Düzdür, bunlar düzgün deyildi, amma nə edim, yox idi. Eh, daha nələr. Bir onu bilirdim ki, sənət öyrənməyə gedirdim. Sənəti sevirdim və sevərək öyrənirdim. Hər gün "Nə vaxtsa yaxşı olacaq” deyirdim. Bu günümüzə min şükür. Allah hamının ürəyincə versin. Hər zaman deyirəm, bu həm alqışdır, həm də qarğış. Çalışaq alqışı qazanaq. Çünki bütün uğurlar oradadır”.
MilliYol.Az
Digər xəbərlər
loading...