Lerik rayon İcra hakimiyyəti başçının müavini ilə şöbə müdiri arasında icra hakimiyyətinin kabinetində əlbəyaxa dava baş verib.
Başçının müavini Cəli Baxşiyev isə zorla kabinetinə girən şöbə müdirinə hücum edərək, stulu şöbə rəisinin başına vurub və ikikli əlbəyaxa olub.
Lerik rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevlə rayonda fəaliyyət göstərən dövlət idarələrinin müdirləri arasında konflikt daha da kəskinləşib. Belə ki, ötən gün vəziyyət dava həddinə qədər gəlib çatıb.
Rayondan daxil olan məlumata görə, C.Baxşıyev ötən gün İcra Hakimiyyətində toplantı çağırıb. Toplantıya mədəniyyət və turizm, səhiyyə, təhsil, yol və başqa idarələrin müdirləri çağırılıb. Lakin heç kim toplantıya qatılmayıb. Bundan əsəbiləşən Baxşıyev idarə müdirlərinə zəng edərək onları hədələyib. Bundan sonra bir neçə idarə müdiri İcra Hakimiyyətinə gələrək birinci müavinlə dalaşıb. Hətta bir neçəsi ilə bir-birinin ünvanına kəskin sözlər işlədiblər.
Mənbə AzToday.az-a deyib ki, Baxşıyev faktiki özünü rayonun icra başçısı kimi aparmağa çalışır. O hətta Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədridir. Amma artıq idarə müdirləri Baxşıyevin tələblərini yerinə yetirməkdən boyun qaçırırlar.
Lerikdən AzToday.Az-a daxil olan məlumatda həmçinin İcra Hakimiyyətində yaşanan davanın təfərrüatları açıqlanıb.
Məlumatda deyilir ki, Lerikin icra başçısı Rövşən Bağırov məzuniyyətdə olduğu üçün sözügedən toplantını Cəlil Baxşıyev çağırıb:
“14 iyul 2017 il tarixdə cənab Baxşəliyev rayon İcra hakimiyətində iclas çağırıb. Bu iclasa bir sira idarə müəssə rəhbərləri çağrılsada, bir neçə rəhbəri çıxmaq çərtilə, digərləri iclasdan imtina edərək iclasa qatılmayıblar. Baxşiyev iclasi birtəhər yola verib, nahar etməyə gedib. Nahardan qayitdiqdan sonra iclasa gəlməyən idarə və müəssə rəhbərlərinə zəng edərək onlari təhqir edərək söyüb. Və onlari işdən azad edəcəyilə hədələyib. Əsl söz söhbətdə bundan sonar başlayıb.
Edilən təhqir və söyüşləri həzm etməyən bir neçə idarə rəhbəri, aparata hücum edərək, Baxşiyevə söyüşlərini özünə yedirdəcəklərini, başından böyük danışmağının cavabın verməsini tələb edirlər. Bu təhtiddən qorxuya düşən başçı əvəzi, mühafizəcilərə və polisə idarə müdirlərini icəri buraxmamalarını tapşirıb. Amma, Mədəniyyət və Turizim nazirliyinin rayon şöbəsinin müdiri Aqil Sücayev mühafizəyə baxmayaraq, zorla icari keçərək, bu məsələyə aydinliq gətirməsini C. Baxşiyevdən təlb edib. Cəli Baxşiyev isə zorla kabinetinə girən şöbə müdirinə hücum edərək, stulu şöbə rəisinin başına vurub və ikikli əlbəyaxa olub. “Razborkanın” böyüdüyünü görən polis və mühfizəçilər araya girərək hər iki şəxsi sakitləşməyini istəyib. Nəhayət çox dartışmadan sonra gərginlik səngiyib. Cəlil Baxşıyev isə bu söhbətin bitmədiyini şöbə müirinə və digər idarə rəhbərlərinə bildirib. Və onlara barmaq silkələyərək, bu qalmaqalın bitmədiyini deyib”.
Məlumatı verən mənbə həmçinin bildirib ki, insident baş verən zaman Cəlil Baxşıyev zaman içkili olub.
Qeyd edək ki, Cəlil Baxşıyev icra başçısının müavini olmaqla yanaşı həm də hakim Yeni Azərbaycan Partiyasının Lerik təşkilatının sədridir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzToday.Az
MilliYol.az
Digər xəbərlər
loading...