əhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılması barədə Bakı Nəqliyyat Agentliyində (BNA) müzakirə aparılmır. Bu barədə “Trend”ə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, hazırda bu barədə məsələnin müzakirəsi gündəmdə deyil: "Ümumiyyətlə, bu gün Bakı Nəqliyyat Agentliyində paytaxtın marşrut şəbəkəsində istifadə olunan sərnişin avtobuslarında qiymət artımı ilə bağlı müzakirə aparılmır və gündəlikdə belə bir məsələ yoxdur. Paytaxtda marşrut xətlərində fəaliyyət göstərən marşrut avtobusları benzinlə deyil, dizel yanacağı ilə işləyirlər. Buna görə də benzinin qiymətinin artması gediş haqlarına təsir etməyəcək".
"Azərbaycan Hava Yolları” QSC (AZAL) də aviadaşımalar üçün tarifləri artırmağı planlaşdırmır.
AZAL-dan verilən məlumata görə, benzinin qiymətinin artırılması təyyarələrin yerüstü xidmətlərinin maya dəyərinə təsir göstərəcək.
Qurumdan bildirilib ki, AZAL aviadaşımalar üçün tarifləri qaldırmağı planlaşdırmır.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
MilliYol.Az
Digər xəbərlər
loading...