1 yaşlı Əli Hacıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Neftçilər xəstəxanasında uğurla həyata keçirilir
Lələtəpə döyüşünün iştirakçısı, məcburi köçkün, Xocavənd rayon sakini Pərviz Əliyev birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, həmçinin kütləvi informasiya vasitələrinə təşəkkür edib. Pərviz Hacıyevin təşəkkür məktubunda deyilir:
Çox hörmətli vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva! Sizin sayənizdə 1 yaşlı oğlum Əli Hacıyev yenidən həyata gözünü açaraq yaşamaq şansı əldə etdi. Sizə etdiyim müraciətdən sonra Heydər Əliyev Fondu məsələyə dərhal müdaxilə etdi və oğlum Əli Hacıyev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildi. Xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi.
Artıq oğlum Əlinin birinci cərahiyyə əməliyyatı uğurla başa çatdırılıb və 4 aydan sonra ikinci qulaq cərahiyyə əməliyyatı keçiriləcək. Heydər Əliyev Fondunun tam dəstəyi ilə yenidən həyata qayıdan oğlumun müalicəsində göstərdiyiniz köməyə görə sizə ailəm adından təşəkkürlərimizi bildiririk. Bir daha əmin olduq ki, cənab prezidentimiz İlham Əliyev və siz daima ölkə vətəndaşlarının rifahı, yaxşı yaşamaları üçün çalışırsınız.
Oğlum Əli Hacıyevin müalicəsində əməyi keçən hər kəsə, o cümlədən Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovaya , həkimlər Elşən Ağabalayevə, Aybəniz İsgəndərovaya və kütləvi informasiya vasitələrinə təşəkkür edirəm.
Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün Hacıyev Pərviz
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...