Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2017-ci il iyunun 1-nə 1 milyard 739,8 milyon manat təşkil edib
Azərbaycan Mərkəzi Bankın statistikasına görə, bu, əvvəlki ayla müqayisədə 145,8 milyon manat və yaxud 9,15% çoxdur.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 225,6 milyon manat və yaxud 14,90% artıb.
Qeyd edək ki, bu il iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76%-ni təşkil edib. Bu nisbət əvvəlki ayda 10,32%, 2016-ci ilin analoji dövründə isə 8,32% olub. (report.az)
MilliYol.Az
Digər xəbərlər
loading...