Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə "Qarabağ"ın da növbəti rəqibi müəyyənləşib.
Təmsilçimiz II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia”nı klubunu 5:0 hesabı ilə yendiyindən cavab qarşılaşması formal xarakter daşıyacaq. Bu səbəbdən artıq "Qarabağ"ı növbəti mərhələdə hesab edə bilərik.
Püşk "Qarabağ"ı "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibinə rəqib edib. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Bu mərhələdə mübarizəyə başlayacaq Türkiyənin "Başakşəhər" klubu Belçika "Brügge"sinə rəqib olub.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Qarabağ (Azərbaycan)//Samtredia (Gürcüstan) cütünün qalibi - Şerif (Moldova)//Kukesi (Albaniya) cütünün qalibi
Slaviya (Çexiya) - BATE (Belarus)//Alaskert (Ermənistan) cütünün qalibi
Spartak (Latviya)//Astana (Qazaxıstan) cütünün qalibi - Mariehamn (Finlandiya)//Legiya (Polşa) cütünün qalibi
Zrinski (Bosniya və Herseqovina)//Maribor (Sloveniya) cütünün qalibi - Hafnarfyordur (İslandiya)//Vikinqur (Farer adaları) cütünün qalibi
Jilina (Slovakiya)//Kopenhagen (Danimarka) cütünün qalibi - Malmö (İsveç)//Vardar (Makedoniya) cütünün qalibi -
Linfild (Şimali İrlandiya)//Seltik (Şotlandiya) cütünün qalibi - Dandalk (İrlandiya)//Rusenborq (Norveç) cütünün qalibi
Hapoel (Beyer Şeva, İsrail)//Honved (Macarıstan) cütünün qalibi - Jalgiris (Litva)//Lüdoqorets (Bolqarıstan) cütünün qalibi
Vitorul (Rumıniya) - APOEL (Kipr)//Dudelanj (Lüksemburq) cütünün qalibi
Hibernians (Malta)//Zalsburq (Avstriya) cütünün qalibi - Riyeka (Xorvatiya)//TNS (Uels) cütünün qalibi
Partizan (Serbiya)//Buduçnost (Monteneqro) cütünün qalibi - Olimpiakos (Yunanıstan)
Qeyri-çempionlar yolu
Styaua (Rumıniya) - Viktoriya (Çexiya)
Nitsa (Fransa) - Ayaks (Hollandiya)
Dinamo (Kiyev, Ukrayna) - Yanq Boyz (İsveçrə)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
Brügge (Belçika) - Başakşəhər (Türkiyə)
MilliYol.Az
Digər xəbərlər
loading...