Müğənni Lalə Dadaşova xalq artisti, bacısı Brilliant Dadaşovanın "Instagram"da erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməyini pisləyənlərə cavab verib
"Ölkə.Az"-a açıqlama verən L.Dadaşova bildirib ki, bu, Brilliantın düşmənlərinin işidir:
"Əvvəla "təriflər yağdırmaq" sözü jurnalistlərin hər zamanki kimi hər şeyi şişirtmələridir. Bu söhbəti dünən eşitdim və təəccüblənmədim. Çünki Brilliantın düşmənləri çoxdur və onlar yatmır. Hər fürsətdə onu vurmağa çalışırlar. Buna heç vaxt təəccüb etməmişəm. O, əlçatmaz zirvədir. Ha daş atırlar, çatmır".
Lalə Dadaşova bildirib ki, bir neçə gün öncə Füzulinin Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhra üçün o da ağlayıb:
"Qaldı ki, Balaca Zəhraya, onun üçün hamımız ağlamışıq. Xocalıda həlak olan balalarımızı da unutmayaq. Brilliantı qınayanlar Mübariz kimi (Milli Qəhrəman Mübariz İbrahimovu nəzərdə tutur-red.) əllərinə "Kalaşnikov" alıb Zəhranın qanını yerdə qoymasınlar. Onda onlara kişi deyərəm. Musiqini siyasətə qatmaq doğru deyil. Dəqiq bilinmir ki, bunu edən Brilliantdır, ya yox. Çünki hələ danışmamışam. Təxribat da ola bilər. Bütün dünyada sənətə və sənətkara qiymət verilir, təkcə bizdən başqa".
Qeyd edək ki, xalq artisti Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifasını bəyənməyi barədə sosial şəbəkədə yazdığı şərh birmənalı qarşılanmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...