Bakıda yeni doğulan uşağın nənəsi Dilguşə Süleymanovanın “Medilux tibb mərkəzi”nin ağ xalat geyinən, əslində lüks biliyə sahib olmayan irigözlü bir “həkimi” haqda yazdıqları sözün əsil mənasında insanın daxili kinini, nifrətini bayıra çıxarır və həmin an o iri gözlərin içinə bax-baxa ürəyindən keçənləri demək istəyirsən.
Ürəkağrıdan hadisə isə belə olub: “Həkim-ginekoloq Lalə İmanova 25 yaşlı hamılə qadın Camalova Aygün Fikrət qızını nəzarətə götürüb, 4 ay Medilux klinikasında rəsmi qeydiyyata alaraq hər ay hamiləliyin gedişini izləyib. Ana hər ay 200-250 manat məbləğində pul ödəyərək analizlərdən keçib, hər şey normal qiymətləndirilib. Hamiləliyin son ayında rəngli dopleroqrafiya həkimə xəbərdarlıq siqnalı çalıb: “Köbək ciyəsi – cift uşağın boynuna dolanıb, ürək sürətlə vurur, böyrək ləyəni genişlənib, sidik kisəsi dolub”.
Həm də bu xəbərdarlıq qara-yağlı hərflərlə qeyd olunub, hansı ki əvvəlki dopler müayinəsi bu cür qeyd edilməmişdi. Ən savadsız insan da bu xəbərdarlıqa laqeyd qala bilməzdi ki, Lalə İmanova burda artıq doğuş riskini təhlükəyə atıb, vaxtında qabaqlayıcı tədbirlər haqqında düşünməyib”.
Şikayətçi daha sonra yazır: “Həkim dikbaşlığından bizim, valideynlərin, ananın narahatlığına məhəl qoymadı, 3900 qram çəkidə olan uşağı dar çanaqdan yuxarıda qeyd etdiyim xəbərdarlığa baxmayaraq eksperiment edərək götürməyə çalışdı. Onun bu cəhdi uğursuzluqla nəticələndi. Doğuşu patalogiyaya çevirdi, uşağı iflic etdi, ananı isə bədbəxt. 02.10.2014-cü il tarixdə həkimlə danışdıq ki, uşaq çəkili, ana xırda, çanaq dar. Həkim bəlkə, birbaşa qeysəriyə edəsiniz. Dedi, mənə ağıl öyrətməyin. Mən həkim, ginekoloq, xirurq, mamaçayam, hamısı özüməm. Mən sizə 100% normal doğuş söz verirəm. Biz də həkimə inanaraq gözləməyə başladıq. 11.09.2015-ci il tarixdə anada doğuş sancıları başladı və biz həkimin qəbuluna getdik. Narahatlıqlarla bağlı söhbət apardıq. Lalə yenə bizi sakitləşdirdi: ”Narahat olmayın, hər şey yaxşı olacaq”. Ana etiraf etdi ki, o qorxur, məni qesrəriyyə edin. Həkim inadkarlıq göstərdi: Yox özün doğacaqsan! Amma Lalə bir az düşünüb bunu da dedi: “Əslində səni belə halda evə buraxmaqla cinayət edirəm, yatdırmalıyam. Amma UZİ sənə 18 noyabr vaxt qoyub. Get 18-də gələrsən”. O, bizi tam arxayın edərək evə yola saldı. 17 noyabrda artıq vəziyyət dəyişdi. Ananın narahatlıqları başladı və biz səhər saat 5-də Laləyə vəziyyətlə bağlı zəng vurduq. Həkim məsləhət gördü ki, artıq döğuç başlayır və ananı – Aygünü Medilux klinikasına aparıb qeydiyyata salın, mən də gəlirəm. O gəlirəm, bu gəlirəm. Biz qeydiyyat etdik. Növbətçi həkim ananı apardı otağa, biz də gözləyir, tez-tez onun halından xəbər alırdıq. Mən Laləyə zəng edib onun nə vaxt gələcəyi ilə maraqlanırdım. O gah probkada olduğunu bəhanə gətirir, gah zənglərə cavab vermir, gah da işi olduğunu deyirdi. Axırıncı zəngdə mən vəziyyətdən narahat olduğumu dedim. O, yenə hər şey yaxşı olacaq deyə arxayınlıq yaratdı. Nəhayət, həkim saat 2-də gəlib klinikaya çatdı və onunla foyedə qarşılaşdıq. “Sənə indi bir söz deyəcəm” deyib getdi. Biz qiymət barədə danışmamışdıq. Normal döğuşi 1100 AZN, qeysəriyyəni isə 1250 AZN razılaşmışdıq. Həkimlə yenidən dəhlizdə rastlaşdıq. Qızım, gəlinimin xalası yenidən qeysəriyyə təklif etdilər. Həkim dedi ki, iynə vurmuşam, sistem qoşmuşam, 2 saatdan sonra bir söz deyəcəm. Həmin vaxt bitdi, ananın qışqırıqları, fəryadı birinci mərtəbəyə çatırdı. Biz narahatlıq keçirirdik. Əslində ailədən bir nəfər xəstənin yanında olmalı idi. Amma bizi yaxına qoymadılar. Nəhayət, axşam saat 5-6 arası dedilər ki, uşaq doğuldu. Həkim çox gec gəlib otağına çıxdı. Biz maraqlandıq ki, həkimin əhvalı yaxşı deyil. Nə baş verdiyini soruşduq. Həkim etiraf etdi ki, doğuş pataloji hal alıb. Uşağın çəkisi çox olub. Guya UZİ həkimi aldadıb. Ana da, uşaq da yaxşı deyil. Mən dedim ki, burda baxa biləcəksinizmi, uşağı və ananı vəziyyətdən çıxara biləcəksinizmi? Dedi ki, burda hər şey edəcəklər. Uşaqda boğulma var, küvezə yerləşdirilib, vəziyyət nəzarətdədir.
Beyin ödemi-oksigen çatışmazlığı var. Anaya da xeyli tikiş qoyulub.Vəziyyət gərgindi. Biz gecə tez-tez vəziyyətlə maraqlanırdıq. Düzü, ümidverici bir şey eşitmirdik. Uşağı görməklə bağlı cəhdlərimiz isə cavablandırılmırdı, ya olmaz, ya da uşağı görmək üçün 200 AZN ödəməlisiniz, deyirdilər. Nəhayət, uşağın atası hay-küy saldıqdan sonra baş direktora müraciət olundu və məni uşağın yanına apardılar. Gördüyüm mənzərə isə göz yaşlarıma səbəb oldu. Biz həmin anın şəkillərini telefonla çəkdik.
Uşaq həkimi Nərmin xanım vəziyyətin kritik olduğunu, uşağı bu klinikada saxlamağın mümkün olmadığını bildirdi: ”Uşaq ağır keçən doğuş nəticəsihdə beyin travması aldığından ona aramsız oksigen təminatı lazımdır və bu klinikada isə şərait yoxdur. Ona görə də uşaq təcili olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (“OMD” xəstəxanası) köçürülməlidir. Amma deyim ki, oksigensiz aparmaq olmaz, yolda vəziyyət daha da ağırlaşa bilər, Mediklabdan lobarotiraya çağırılmalı, amma pulunu siz ödəməlisiniz. 137-257 AZN. Vaxt yox idi, razılaşdıq. Mediklaba 257 AZN ödədik, uşaq”OMD”yə köçürüldü”.
Uşağın nənəsi Dilguşə Süleymanova bildirir ki, həkim-ginekoloq Lalə İmanova döğuş axşamından sonra görünməyib:
“Biz onunla əlaqə yaratmağa çalışdıq, klinikada tapa bilmədik, zəngləriiz də cavabsız qaldı. Başımız uşağa qarışmışdı. Bir də gördük ki, ananın vəziyyəti pisləşir. Döğuşdan 1 həftə kecib. Həkim anaya 27 tikişlə necə rəhtar etməyi öyrətməli imiş, əvəzinə qaçıb gizlənib. Ananın qarnında qoyduğu tampun da fəsad törədib və çürüməyə başlayıb. Aygünün Lalədən əvvəlki müalicə həkimi onun daxilində əməliyyat apardıqda dəhşətə gəldiyini gizlədə bilməyib: “Belə də vəhşilik olar?” deyə heyrətlənib. Bir müddət belə kecdi. Uşaqla yanaşı ananı da müalicə etdirdik. Ana və uşaq nisbi yaxşılaşma ilə evə buraxıldıqdan sonra ananın vəziyyəti pisləşdi və biz yenidən “Medilux”a müraciət etdik. Oradan həkim çağırıldı, günahları etiraf edildi, klinikanın direktoru Vaqif həkim vəziyyəti sabitləşdirməyə çalışdı. Klinikanın həkimi Surə xanım ananın daxili orqanlarını bir daha təmizlədi və müəyyən vaxtlarda gəlib yoxlama nəzarətindən keçməyi tapşırdı. Anaya vaxtaşırı nəzarət etmək Laləyə həvalə edildi. O isə nə vicdanının səsinə qulaq adı, nə də xəstə ananın əzablarına səs vermədi, nə də şikəst etdiyi körpənin taleyi onu maraqlandırmadı… Əksinə ananı təhqir etdi ki, doğuş mədəniyyətin yoxdur. Niyə internetdə oturub döğuş səhnələrinə baxmamısan”.
Nənənin sözlərinə görə həkim onlara məsləhət görüb ki, uşaq şikəstdir, aparın uşaq evinə verin.
Bu da son. İndi ana da, uşaq da şikəstdir. O əsərin baş qəhrəmanı isə Lalədir.
Görəsən, o, bu əməlinə görə heç olmasa bu dünyada cavab verəcəkmi? Yoxsa, yenədəmi onun əvəzində səhiyyəmizə rəhbərlik edən məmurlar yalançı, şirnikləşdirici bəyanatlar verəcəklər.
Əslində belə həkimin də, belə məmurların da yeri Bayıl türməsidir.
Bəlkə ondan sonra Azərbaycanda doğuş zamanı ana və uşaq ölümlərinin sayı azalar, cəmiyyətə şikəst deyil, sağlam körpələr dünyaya gələr. (Aztoday.az)
MilliYol.Az
Digər xəbərlər
loading...