İyulun 13-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 53 nəfəri xilas edib
Bu barədə Modern.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.
O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı10 nəfər olub:
“Vətəndaşlar tərəfindən 112 qaynar xəttinə, yaxud xidmətin növbətçi hissəsinə daxil olmuş zənglər əsasında suda batmaq təhlükəsilə üzləşən 10 nəfər ən yaxındakı dalğıc-axtarış qrupu tərəfindən xilas edilib”.
E.Həsənov xilasetmə əməliyyatları zamanı Xidmətin əməkdaşlarının xəsarət almadığını bildirib:
“Əməkdaşlarımız xilasetmə zamanı daha dərin məsafələrə, qayalıq hissələrə üzürlər, bəzən öz həyatlarını təhlükəyə atırlar. Amma texniki-təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılmış xilasetmə işlərində əməkdaşlarımız heç bir bədən xəsarəti almayıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...