İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı 6 nəfər xəsarət alıb
Oxu.Az xəbər verir ki, onlardan iki nəfəri öküzlərin zərbələri nəticəsində xəsarət alıb.
4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu öküz qaçışları ümumilikdə 2 dəqiqə 40 saniyə davam edib. Hər il iyul ayının 6-dan 14-ə qədər Pamplona “fieasta” sözünün hər küçədə, hər döngədə hiss edildiyi şəhərə çevrilir. Bu günlərdə Pamplona və Navarrada Müqəddəs Ferminin şərəfinə bayram qeyd edilir. Ənənəyə görə, San-Fermin şərab çəkənlərin və çörəkçilərin müdafiəçisi hesab edilir, bu isə şəhərlilər üçün bu günlərdə Pamplonanı bayrama bürüməyə səbəb olur. Hər şey bayram tədbirlərinin açıq elan edilməsini bildirən, meriyanın eyvanından atılan fişəngdən başlayır.
Pamplonalılar San-Fermini artıq səkkiz əsrdir ki, qeyd edirlər. 36 il ərzində bu bayramlarda Ernest Hemenquey iştirak edib.
Amma festivalı sevməyənlər də var. Bayramlar ərəfəsində yüzdən artıq fəal ölüm maskası taxaraq Pamplona meydanlarından birində toplaşırlar. Onlar sonda öküzlərin öldürüldüyü qaçışa və döyüşlərə etiraz edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...