Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin “parlamenti” iyulun 19-da “prezident seçkisi” keçirəcək
Qərar iyulun 13-də qəbul olunub.
Novator.az-ın məlumatına görə, “prezident postuna” iki namizəd var: rejimin indiki başçısı Bako Saakyan və müxalifətçi Eduard Aqabekyan. Qələbə üçün 33 “deputatın” 21-nin səsini toplamaq gərəkdir.
İşğalçı rejimin bu il fevralın 20-də qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respublikası”na çevrilib. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.
Bako Saakyanın səlahiyyət müddəti bu ay başa çatır. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun”da keçid müddəası nəzərdə tutub. Keçid müddəasına əsasən, “prezidenti” “parlament” seçəcək və onun səlahiyyət müddəti 3 il olacaq. 2020-ci ildə isə “prezident” və “parlament” seçkilərini eyni gündə keçirmək nəzərdə tutulur.
52 yaşlı Bako Saakyan 2007 və 2012-ci illərdə “prezident” seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...