Belarusda həbs edilərək Azərbaycana gətirilən Aleksandr Lapşin növbəti dəfə hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Əlövsət Qasımovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində ekspert Almaz Bayramova ifadə verib.
Məhkəmədə suallara cavab verən Almaz Bayramova bildirib ki, Lapşinin internet resurslarında olan yazıları ona təqdim edilib və həmin yazılarla bağlı rəy hazırlayıb.
Məlum olub ki, Lapşin yazılarında Azərbaycan əleyhinə ifadələr işlədib.
Almaz Bayramova verdiyi rəyi təsdiqləyərək, söyləyib ki, Lapşin yazılarında Azərbaycan ərazisinin parçalanması ilə bağlı çağırışlar edib. Ekspert deyib ki, Lapşin Ermənistanın xeyrinə şüarlar səsləndirib.
Məhkəmədə danıçan Lapşin deyib ki, yazılarında Ermənistanın Azərbaycana məxsus yüksəkliklərə nəzarət etməsini qeyd edib.
"Amma bu məsələ araşdərılmayıb"- deyə Lapşin söyləyib.
Ekspert isə ona bu məsələ ilə bağlı materalın təqdim olunmadığını deyib.
Daha sonra prosesdə hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər buna etiraz etməyib.
Prokuror çıxış üçün vaxt istəyib.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Məhkəmə iyulun 14-nə təyin edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...