“Ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistanın hər zamana təxribata əl atdığını deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...